AZ

İran İsrail münaqişəsinin 8 ci günü Müharibə neçəyə başa gəlir?

ain.az bildirir, Yenisabah portalına istinadən.

İsrail və İran arasında hərbi insident artıq 8 gündür ki, davam edir. Tərəflər bir-birlərinə müxtəlif qısa və orta mənzilli raketlər, o cümlədən pilotsuz uçuş aparartları vasitəsi ilə zərbələr endirir.

Münaqişənin siyasi və hərbi motivləri aktual olduğu kimi, iqtisadi tərəfi də olduqca aktualdır. 

Yenisabah.az Tehran və Təl-Əvivin davam edən toqquşmalar fonunda gündəlik hərbi xərclərini araşdırıb. İsrail–İran qarşıdurmasında hər iki ölkənin hər günə düşən hərbi xərcləri haqqında dəqiq məlumat belədir:

İsrail

İranla qarşıdurmada İsrailin bir günlük birbaşa hərbi xərcləri təxminən 725 milyon ABŞ dollarıdır. Bu məbləğin yarısı müdafiə (müdafiə raketləri və hava hücumundan müdafiə kompleksləri), yarısı isə hücum (hava əməliyyatları, mərmi və yanacaq) xərclərinə sərf edilir.

İsrail ilk 48 saat ərzində 5.5 milyard şekel (təxminən 1.45 milyard dollar) xərcləyib. Bu isə günlük orta hesabla 725 milyon dollar təşkil edir. Müdafiə xərcləri isə yalnız gecə reaktiv atışlar üçün təxminən 285 milyon dollara başa gəlir. 

İran

İran tərəfinin bu məsələdə rəsmi açıqlaması olmasa da, iqtisadi və siyasi analitiklər Tehranın hər gün 300–600 milyon ABŞ dolları arasında ballistik raket və dron istifadə etdiyini bildirir.

Tehranın hərbi büdcəsi 2024-cü ildə təxminən 7 milyard dollar təşkil edib. İsrailə nəzərən İranın ən böyük üstünlüyü yerli istehsal olan silah və sursata olduqca az vəsait xərcləməsidir. Daha dəqiq ifadə etsək, iranlılar hərbi sənaye üçün istifadə etdikləri xammal ehtiyatlarının əksər hissəsini daxili resurslar hesabına qarşılayır. 

Xatırladaq: Sözügedən rəqəmlər yalnız birbaşa hərbi xərcləri əhatə edir. İqtisadi zərər, infrastruktura dəyən ziyan yuxarıdakı rəqəmlər daxil deyil.

Nazim Hacıyev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
1
yenisabah.az

2Mənbələr