İranın Qafandakı konsulu Ermənistan-İran sərhədində yük maşınlarının xeyli sayda yığılıb qalmasının səbəblərindən danışıb. O, sərhəddəki problemin İsrailin İranı vurması ilə əlaqələndirməyib.
"İki ölkənin sərhəd-keçid məntəqələrində yer və dayanacaq problemi var. Məhz bu məqsədlə keçid məntəqələrinin təkmilləşdirilməsi və genişləndirilməsi istiqamətində işlər aparılır. Hazırda 500-dən çox erməni yük maşını Ermənistana daxil olmaq üçün İran sərhəd-keçid məntəqəsində müəyyən prosedurları gözləyir. Sadəcə olaraq bu qədər maşının gəlməsi böyük tıxaclara səbəb olub, hətta əsas magistral yolu bağlayıb", - deyə İran kunsulu Morteza Syunik Tv-yə müsahibəsində bildirib.
O, həmçinin vurğulayıb ki, Mehri keçid məntəqəsində avtomobillərin yığılması mövcud hərbi vəziyyətlə bağlı deyil:
“Erməni sürücülər İran tərəfinə keçir, maşınlarını saxlayıb Mehriyə və ya Aqarağa, evlərinə qayıdırlar... İran tərəfi təklif edir ki, tıxaclar zamanı erməni yük maşınları İran keçid məntəqəsinə getməsin, ermənilərə məxsus dayanacaqlarda qalsınlar. Ermənistan keçid məntəqəsində isə dayanacaqda və keçiddə məhdudiyyətlər var. Bura gündə maksimum 100-120 yük maşını qəbul edə bilər".
Diplomatın sözlərinə görə, İran tərəfi təklif edir ki, erməni yük maşınları yaxın günlərdə müvəqqəti olaraq İran ərazisinə daxil olmasın və nəqliyyat vasitələrinin axını səngiyənə qədər gözləsinlər.
Tural