AZ

Qərb mediası İsrailin İrana hücumunun həqiqi səbəblərini açıqladı

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

İsrailin İranla müharibəyə başlamasının əsas səbəbi İranın nüvə proqramı ilə bağlı əldə olunan kəşfiyyat məlumatları olub. Belə ki, İsrail kəşfiyyatı İranın nüvə alimləri ilə SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) Hərbi Hava Qüvvələrinin komandanlığı arasında nüvə başlıqlı raketlərin yaradılması ilə bağlı görüş keçirildiyini müəyyən edib.

Oxu.Az xəbər verir ki, bu barədə nüfuzlu "The Economist" nəşri məlumat yayıb.

Eyni zamanda İsrailin əldə etdiyi digər məlumata görə, İran Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) ekspertlərindən zənginləşdirmə səviyyəsi qeyri-müəyyən olan müəyyən miqdarda nüvə materialını gizlədib. Qeyd olunur ki, bu məlumatların etibarlılığı mübahisəlidir.

Nəşrin mənbələri bildirirlər ki, Qərbi Qüdsün əldə etdiyi məlumatlar İranın nüvə silahı əldə etməyə yaxınlaşdığını və artıq "geri dönüş nöqtəsinə" çatdığını göstərib. Bundan başqa, "The Economist" yazır ki, təxminən altı il əvvəl İranda, lazım gələrsə, nüvə silahının qısa müddətdə hazırlanmasını təmin edə biləcək gizli bir qrupun yaradıldığı da ehtimal olunur.

İsrail bu məlumatları İrana hücumdan sonra Qərb ölkələrinin hökumətləri ilə bölüşüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
1
oxu.az

2Mənbələr