AZ

Azərbaycanlı gənc Osetiyada qəzada öldü

Azərbaycanlı gənc Rusiya Federasiyasının Şimali Osetiya Respublikasında qəzada həyatını itirib.

"Unikal" xəbər verir ki, bu barədə yaxınları sosial şəbəkədə məlumat paylaşıb.

Bildirilib ki, hadisə Mozdok şəhəri yaxınlığında baş verib.

Qəza zamanı Salyan rayon sakini, 33 yaşlı Tural Ağalarov ölüb.

 

Seçilən
24
unikal.az

1Mənbələr