AZ

Amerika və İsrail Pezeşkiana elə şərait yaradacaqlar ki, o... - AÇIQLAMA

 “Hazırda faktiki olaraq İsrail İranın hava məkanına tam nəzarət edir və əsas hökumət obyektlərinə zərbələr enidirib, dağıdır”.

Bu sözləri Bakıvaxtı.az-a siyasi elmlər doktoru, politoloq Sabir Məmmədli bildirib.

Ekspertin sözlərinə görə, İsrail rəhbərliyi belə fikir yürüdür ki, onlar İrandakı Ayətullah rejiminin dayaqlarını sarsıdacaqlar:

“İsrail bu xətti yürüdür. Bugünlərdə İsrail Tehranın təhlükəsizlik mərkəzinin binasını vurub. Bundan əvvəl İrandakı polis məntəqəsini vurmuşdular. İsrail əslində hərbi obyektlərə diqqət yetirir. Sonuncu maraqlı məlumat ondan ibarətdir ki, İran rəhbərliyi artıq amerikalılarla danışıqlara başlayıb. Düzdür, Ağ Ev hələ müharibəyə qoşulmayıb, amma bilirik ki, ən kritik məqamda Tramp İsraili müdafiə edəcək. ABŞ imkan verməz ki, İran İsraili üstələsin. Burada Tramp və Netanyahu arasındakı şəxsi münasibətlər də önəm daşıyır”.

Müsahibimiz bildirib ki, İsrail İranda nüvə silahını hazırlayan mərkzələri məhv etmək, terror oxunu ləğv etmək istəyir. Bu o deməkdir ki, İrandan hər hansı bir ölkəyə təhlükə yarada biləcək amil qalmamalıdır. Yəni İranın hansısa proksi qüvvələrə rəhbərlik etmək imkanı olmamalıdır.

S.Məmmədli vurğulayıb ki, İranda hakimiyyət dəyişikliyi nəzərdə tutulur:

“ABŞ və İsrail rəsmiləri açıq şəkildə bildirirlər ki, İranda hakimiyyət dəyişikliyi olmalıdır. Onlar İrandan əl çəkməyəcəklər. ABŞ, İsrail və Qərb ölkələri molla rejiminin yaşamasına imkan verməz. ABŞ gözləyir ki, İsrail İranın hava məkanını ələ keçirsin və bundan sonra Amerikaya heç bir çətinlik yaranmasın. İran məcbur olub, özü çıxış yolu üçün Vaşinqtona müraciət etsin”.

Sabir Məmmədli: Ən kritik məqamda Tramp İsraili müdafiə edəcək

 İran daxilinə diqqət çəkən alim qeyd edib ki, SEPAH rəhbərliyi və bu təşkilatın güc mərkəzləri məhv edilir:

“120 minlik SEPAH qüvvəsi var. Bu, böyük bir ordudur. İsrailə və dünyaya qarşı radikal mövqe səgiləyən molla ideoloji xəttini yürüdən qüvvələrin mərkəzləri vurulur. Düzdür, Avropa, İsrail və Amerika dövlət olaraq, İranın tamamilə məhv edilməsindən danışmırlar. Onlar İrana çıxış yolu buraxacaqlar”.

Ekspertin qənaətincə, Avropa, Amerika və İsrail İran prezidenti Pezeşkiana elə şərait yaradacaqlar ki, o, beynəlxalq aləmin istəyinə uyğun davransın:

“Pezeşkian hakimiyyətə gələndə də bunu vəd etmişdi. İstiqamət buna doğrudur. Bu ssenarinin dəyişilməsi ehtimalı da var, amma hələ ki, ssenari bu formadadır. Proseslər, döyüşlər indiki kimi davam etsə, Pezeşkian İran üçün çıxış yolu olacaq”.

Aydın Baxış

Seçilən
27
1
bakivaxti.az

2Mənbələr