AZ

Son beş ayda TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinə 10 546 023 müraciət olub

Cari ilin ilk beş ayında TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinə 10 546 023 müraciət qeydə alınıb.

"Report" xəbər verir ki, bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Quliyev Qobustan Rayon Mərkəzi Xəstəxanasında mediatur zamanı deyib.

Onun sözlərinə görə, müraciətlərdən 219 180-i stasionar, 10 326 843-ü ambulator olub:

"Eyni dövr ərzində vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 37 481 249 (4 889 729-u stasionar, 32 591 520-si ambulator olmaqla) olub”.

MƏLUMAT YENİLƏNİR

Seçilən
23
3
report.az

6Mənbələr