AZ

ADA Universitetində tələbələr üçün yeni ixtisaslar açılacaq, tədris binaları istifadəyə veriləcək

ADA Universitetində tələbələr üçün yeni ixtisaslar açılacaq və müasir tədris binaları istifadəyə veriləcək.

"Report" xəbər verir ki, bunu ali təhsil müəssisənin rektoru, səfir Hafiz Paşayev Məzun günündə deyib.

Onun sözlərinə görə, qarşıdakı illərdə ADA Universiteti daha da genişlənəcək.

Qeyd edək ki, ümumilikdə 2024-2025-ci tədris ili üzrə ADA Universitetindən 509 bakalavr və 275 magistr olmaqla 784 tələbə məzun olub.

Bakalavriat və magistratura səviyyələrində 23 ixtisasdan məzun olan tələbələrin 732-si yerli, 52-si isə əcnəbi tələbələrdir. Əcnəbi məzunlar ABŞ, Gürcüstan, Efiopiya, Esvatini, İran, Konqo, Livan, Latviya, Meksika, Mərkəzi Afrika Respublikası, Mozambik, Nigeriya, Özbəkistan, Qana, Qazaxıstan, Pakistan, Rusiya Federasiyası, Slovakiya, Sudan, Tacikistan, Ukrayna, Yəmən, Zambiya, Zimbabve kimi ölkələri təmsil edirlər.

Seçilən
54
3
report.az

4Mənbələr