AZ

"Klon" serialının ulduzu öldü - Foto

Dünyaca məşhur "Klon" serialının aktyoru Fransisku Kuoku 91 yaşında vəfat edib.

Kult.az xəbər verir ki, bu barədə "G1" nəşri məlumat yayıb.

Bildirilib ki, aktyor ölümündən əvvəl xəstəxanaya yerləşdirilib.

Onun ölümünün səbəbi açıqlanmayıb.

Braziliyanın vitse-prezidenti Jeraldo Alkmin Kuokunu ölkəsinin ən böyük sənətçilərindən biri adlandırıb.

Qeyd edək ki, 60 ildən çox davam edən karyerası ərzində Kuoku teatrda oynayıb, filmlərdə rol alıb. O "Klon" serialı ilə yanaşı "A Próxima Vítima", "Tropicaliente" seriallarında da oynayıb.

Seçilən
21
2
axar.az

3Mənbələr