AZ

U-14-dən ardıcıl üçüncü qələbə

Azərbaycanın oğlanlardan ibarət U-14 millisi Qazaxıstanın Atrau şəhərində təşkil olunmuş "Airom Cup" beynəlxalq basketbol turnirinində 3-cü oyununu keçirib.

Fanat.Az xəbər verir ki, yığma bu dəfə Qazaxıstanın "Airom" klubu ilə qarşılaşıb.

Oyun Azərbaycan təmsilçisinin 89:32 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-14 seçməmiz turnirdə ardıcıl 3-cü qələbəsini qazanıb.

Seçilən
9
4
fanat.az

5Mənbələr