AZ

Rusiyada 7.62 mm-lik AK-308 avtomatı təkmilləşdirilib

“Kalaşnikov” konserninin Konstruktor-Texnologiya Mərkəzi 7.62 mm-lik AK-308 avtomatını təkmilləşdirib.

“Poliqon” “Kalaşnikov”a istinadən xəbər verir ki, təkmilləşdirilmiş AK-308 avtomatı kvalifikasiya sınaqlarını keçdikdən sonra onun seriyalı istehsalına başlanacaq.

Təkmilləşdirmə çərçivəsində silahın xüsusiyyətləri nəzərə alınaraq, konstruksiyada bir sıra dəyişikliklər edilib. Xüsusilə, tutma rahatlığı və atış zamanı silahı daha möhkəm saxlamaq üçün qabaq qundağın uzunluğu artırılıb. AK-12 modelindən götürülmüş qatlanan və uzunluğu tənzimlənən, pulemyot dayaqlı dipçik avtomata əlavə edilib. Uzun “Pikatini” relsi olan lülə qapağı müasir optik və gecə nişangahlarının istifadəsinə imkan yaradır.

Qeyd edək ki, 7.62 mm-lik “Kalaşnikov”un AK-308 avtomatı əsgərin fərdi silahıdır. O, düşmənin canlı qüvvəsini və atəş nöqtələrini məhv etmək üçün nəzərdə tutulub. İstehsalçının bildirdiyinə görə, bu silaha xarici sifarişçilər tərəfindən yüksək maraq göstərilir.

Avtomatın taktiki-texniki göstəriciləri:

İstifadə edilən patron, mm – 7.62×51

Boş daraqla avtomatın çəkisi, kq (maksimum) – 4.3

Ümumi uzunluq / süngü-bıçaqla, mm – 885-945 / 1050-1110

Qatlanmış qundaqla uzunluq, mm – 705

Lülənin uzunluğu, mm – 415

Hündürlük, mm: 244

Darağın tutumu, patron: 20

Nişangah sistemi növü – dioptrik

Seçilən
1
poliqon.az

1Mənbələr