AZ

Azərbaycan qrupu dünya çempionatında 36 rəqibə qarşı

Qrup hərəkətləri komandaları bədii gimnastika üzrə yeniyetmələr arasında dünya çempionatında mübarizəyə hazırlaşırlar.

İdman.biz xəbər verir ki, gimnastların iki gün fərdi yarışlarda çıxışlarından sonra turnirdə bir günlük fasilə elan olunub.

Artıq sabahdan qrup komandaları çoxnövçülükdə mübarizəyə başlayacaqlar.

Azərbaycanın qrup komandasının heyətində Nəzrin Abdullayeva, Röya Əlikişiyeva, Ayan Nəsirova, Şəms Müvəffəqi və Nəzrin Salmanlı yer alıblar. Gimnastlar 5 halqa və 5 cüt gürzlə çıxış edəcəklər.

Ümumilikdə Sofiyada 37 qrup mübarizə aparacaq.

Qeyd edək ki, fərdi proqramda gimnastlarımız iki finala vəsiqə qazanıblar – Fidan Qurbanlı gürzlərlə, Azadə Atakişiyeva isə halqa ilə çıxış edəcək.

İdman.biz

Seçilən
11
idman.biz

1Mənbələr