Bu gün Qazaxıstanın Manğıstau vilayətində İrana məxsus “Arash-2” tipli pilotsuz uçuş aparatı qəzaya uğrayıb.
Missiya.Az xəbər verir ki, bu barədə rusdilli “Teleqram” kanalları məlumat yayıb.
Qeyd edək ki, İran istehsalı olan “Arash-2” dronu uzaqmənzilli, yüksək dəqiqlikli və radarla aşkarlanması çətin olan bir döyüş sistemidir. 2000 km-lik uçuş məsafəsi olan PUA-nın ABŞ-nin Qətər, Bəhreyn və BƏƏ-dəki hərbi bazaları da daxil olmaqla, geniş bir coğrafi ərazini hədəfə ala bildiyi iddia edilir.
Daşqın HəsənovMissiya.Az