AZ

Renato Payva: “PSJ-ni onun silahı ilə məğlub etdik”

“Botafoqo”nun baş məşqçisi Renato Payva FIFA Klub Dünya Kubokunun qrup mərhələsinin 2-ci turunda PSJ ilə oyunu (1:0) şərh edib.

Arena.az FIFA-nın rəsmi saytına istinadən, 55 yaşlı portuqal mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Biz PSJ-ni onun öz silahı ilə – vahid komanda olaraq, hamımız birlikdə müdafiə olunmaqla və hücum etməklə məğlub etdik. PSJ-nin əsas sirri də bundan ibarətdir – onlar komanda oyunu sayəsində qələbə qazanırlar. Bu PSJ komandasıdır – bütün dünya futbolu üçün bir dərsdir.

Mən öz oyunçularıma dedim: sadəcə komanda olun, zövq alın, birlikdə oynayın, birlikdə hücum edin və birlikdə müdafiə olunun. Biz braziiyalı oyunçuların və məşqçilərin keyfiyyətlərini nümayiş etdirdik. Bu qələbə – Braziliyada istedadlı futbolçularla işləyən bütün məşqçilərin xidmətidir”, deyə Renato Payva vurğulayıb.

2 oyundan 6 xalla “Botafoqo” “B” qrupunun yarış cədvəlinə başçılıq edir. PSJ 3 xalla 2-ci pillədədir. Madrid “Atletiko”su 3 xalla 3-cü, xalsız “Sietl Saunders” isə sonuncu – 4-cü yerdə qərarlaşıb.

Seçilən
14
arena.az

1Mənbələr