AZ

Bəxtiyar Həsənalızadə: "Bu gedişlə milliyə ehtiyatda qalan futbolçular çağırılacaq"

"Araz-Naxçıvan"ın futbolçusu Bəxtiyar Həsənəlizadənin Sport24.az-a müsahibəsi

- Konfrans Liqasına hazırlıq necə gedir?

- Hazırlıqlarımız yaxşı keçir. Hələ ki, çox yükləmələr yoxdur. Yavaş-yavaş məşqlərin tempi artacaq.

- Konfrans Liqasında rəqibiniz "Aris" oldu. Rəqib haqda nə düşünürsüz? Mərhələ keçmək şansınız var?

- "Aris" haqda ətraflı məlumatım yoxdur. Adı ilə tanıyıram ki, Yunanıstanın məşhur komandalarındandır. Vaxtımız var. Yəqin ki, qarşıdakı günlərdə məşqçilər korpusu rəqib barədə bizə ətraflı məlumat verəcək. İndiki halda yalnız onu deyə bilərəm ki, mərhələ keçmək üçün əlimizdən gələni edəcəyik.

- "Araz-Naxçıvan"ın Konfrans Liqasında hədəfi nə olacaq?

- Təbii ki, çalışacağıq ki, turnirdə maksimum irəli gedək. Bunu nə qədər bacaracağımızı isə zaman göstərəcək.

- Növbəti mövsümdən legioner limiti olmayacaq. Necə düşünürsən, bu qərar yerli futbolçulara nə dərəcədə təsir edəcək?

- Limitin ləğv olunması yığmamıza təsirsiz ötüşməyəcək. Bu gedişlə milliyə ehtiyatda qalan futbolçular çağırılacaq. Heç bir halda limitin ləğv olunmasına müsbət yanaşmıram. Yenə də zamana buraxmaq lazımdır.

- Bəzilərin fikrincə, son illərdə Premyer Liqanın səviyyəsi artıb. Əksini söyləyənlər də var. Bu məsələdə sənin də fikirlərini bilmək maraqlı olardı...

- Əgər 5 il əvvəlki ilə müqayisə etsək, yüksəlişin olduğunu danmaq olmaz. Çempionatımızı yaxından izləyən hər kəs bunu görə bilər. Bu mövsümün necə olacağı isə komandaların gətirəcəyi legionerlərin səviyyəsindən asılıdır.

İdman.biz

Seçilən
6
idman.biz

1Mənbələr