AZ

Azərbaycanda bəzi şəxslər boşanmanı təntənəli qeyd etməyə başladıVİDEO

Son illərdə dünyada, o cümlədən Azərbaycanda da qeyri-adi bir tendensiya müşahidə olunur. Belə ki, ayrrılan şəxs dostlarına dəvətnamə göndərir və boşandıqdan sonra bu prosesi təmtəraqlı formada qeyd edirlər.

Bu, ilk baxışdan qəribə səslənsə də, əslində psixoloji yükdən qurtulma, azadlığın simvolu və keçmişlə vidalaşma mərasimi kimi qəbul olunur. Bu cür tədbirlər çox zaman qadınlar tərəfindən təşkil olunur, amma kişilər arasında da bu trend yayılmaqdadır.

Xezerxeber.az xəbər verir ki, sosioloq Üzeyir Şəfiyev sözügedən məsələyə birmənalı yanaşmır.

Bəzi mütəxəssislər isə belə yığıncaqları emosional yüngülləşmə və yeni başlanğıcın bir parçası kimi görür. Digərləri isə bu cür tədbirlərin keçmişə hörmətsizlik və ya emosional zərbəni təxirə salma üsulu olduğunu bildirir.

Psixoloq Nərminə İbrahimova bu hadisənin fərdiyyətçiliyin və şəxsi xoşbəxtliyə yönəlmiş yeni dəyərlərin təzahürü kimi qiymətləndirildiyini deyir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
33
xezerxeber.az

1Mənbələr