“Zirə” UEFA Konfrans Liqasının ll təsnifat mərhələsində oyununun tarixi dəyişdirilib.
İdman.biz xəbər verir ki, Premyer Liqanın gümüş mükafatçısı “Hayduk”la (Xorvatiya) iyulun 24-də deyil, 1 gün tez qarşılaşacaq.
Görüş 8-ci km stadionunda ("Neftçi Arena") keçiriləcək.
Qeyd edək ki, komandalar arasında ikinci görüş iyulun 31-də Xorvatiyada olacaq.
İdman.biz