AZ

İranın hava məkanının bağlı qalma müddəti uzadılıb

İranın hava məkanı iyunun 21-i Bakı vaxtı ilə saat 02:30-a qədər bağlı olacaq.

Operativ Media xəbər verir ki, bu barədə İslam Respublikasının Yollar və Şəhərsalma Nazirliyinin nümayəndəsi Məcid Axavan məlumat verib.

"Son hadisələrlə əlaqədar, sərnişinlərin və uçuşların təhlükəsizliyi üçün ölkənin hava məkanı şənbə günü saat 02:00-dək (Bakı vaxtı ilə 02:30 ) bağlı olacaq. Ölkədə vəziyyət normallaşana qədər ölkənin hava məkanına tətbiq edilən məhdudiyyətlər qüvvədə qalacaq", - YJC agentliyi onun sözlərinə görə, bildirib .

Seçilən
6
operativmedia.az

1Mənbələr