Vaşinqtonun İrana qarşı hücumlarda iştirak edəcəyi müzakirələri fonunda ABŞ ordusunun Yaxın Şərqdəki bazalarını çoxlu sayda hərbi yük təyyarələri ilə gücləndirdiyi bildirilir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, son 24 saatda Avropanın müxtəlif yerlərindən havaya qalxan ABŞ-ə aid 20-yə yaxın hərbi yük təyyarəsi Yaxın Şərqdəki bazalara eniş edib.
Beynəlxalq mətbuatda yer alan xəbərlərə görə, ABŞ Yaxın Şərqdəki bazalarına hərbi texnika, o cümlədən əlavə hava hücumundan müdafiə sistemləri əlavə edir.
ABŞ-nin müdafiə naziri Pit Heqset iyunun 17-də Yaxın Şərq regionuna əlavə imkanların yerləşdirilməsi əmrini verdiyini bildirib.