Azərbaycan çempionatının bürünc medalçısı “Araz-Naxçıvan” 2 futbolçu ilə yeni müqavilə imzalayıb.
Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, rəhbərlik Elçin Mustafayev və Turan Vəlizadəni komandada saxlamaq qərarına gəlib.
Hər iki oyunçu ilə başa çatan müqavilənin müddəti 1 illiyə uzadılıb.
Bundan öncə baş məşqçi Elmar Baxşıyev, futbolçular İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Slavik Alxasov, Qara Qarayev, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov, Vanderson Melo, Ramon Maçado və Nuno Rodrigueslə analoji razılaşma olmuşdu.
"Araz-Naxçıvan" mövsümlərarası fasilədə hələlik 3 transferi gerçəkləşdirib. Bunlar israilli Bar Kohen, ispaniyalı Bruno Franko və almaniyalı Çance Simakala Ba-Muakadır.
Əvəzində kapitan Vadim Abdullayev, eləcə də legionerlər Sezar Meza Kolli, Karlos Jatoba, Bernardo Dias və Miço Kuzmanoviçlə yollar ayrılıb.