AZ

Azərbaycandan ekstradisiya olunan Tural kolonyaya göndərildi

Sankt-Peterburq məhkəməsi qalmaqallı "Jizn brodyaqi" kanalının müəllifi azərbaycanlı Tural Məmmədovu və cinayət işi üzrə digər təqsirləndirilən şəxsləri kolonyaya göndərib. Bu barədə Rusiya mediası məlumat yayıb.

Belə ki, Məmmədov 5 ilini ümumi rejimli cəzaçəkmə müəssisəsində keçirəcək. Digər təqsirləndirilən şəxslərə isə nisbətən az cəza verilib: 4 il 10 aya qədər həbs.

Xatırladaq ki, 2023-cü ilin sonunda Azərbaycan Tural Məmmədovu Rusiyaya ekstradisiya etmişdi. O, Telegram-da Sankt-Peterburqda yoldan keçənləri döydüklərini əks etdirən videoları dərc edən və özlərini “Azərbaycan mafiyası” adlandıran bloggerlər qrupunun rəhbəri olub. Dəstə üzvləri əsasən “evsiz və sərxoş insanlara” hücum etdiklərini göstəriblər., Məmmədovun özü isə onun anasını təhqir etdiyinə görə “ruslara nifrət etdiyini” bildirib.

Tural

Seçilən
15
news365.az

1Mənbələr