AZ

“Pandoranın qutusunu açacaqlar”

Kremlin sözçüsü Dmitri Peskov İranda rejim dəyişikliyinə məcbur edilməsinin qəbuledilməz olduğunu və İran lideri Ayətullah Əli Xamneyinin mümkün sui-qəsdinin “Pandoranın qutusunu açacağını” deyib.

“Sky News”a danışan Peskov İsrailin İrana hücumları ilə başlayan münaqişəni dəyərləndirib.

İsrailin ABŞ-ın köməyi ilə Xameneyiyə sui-qəsd edəcəyi təqdirdə Rusiyanın reaksiyasının çox mənfi olacağını ifadə edən Peskov, “Bunu qətiyyən bəyənməzdik” dedi.

İranda rejim dəyişikliyi ilə bağlı Peskov, “Bu, ağlasığmazdır. Bu qəbuledilməz olmalıdır, hətta bu barədə danışmaq hamı üçün qəbuledilməz olmalıdır”, – deyib.

Xameneyinin öldürülməsi halında Rusiyanın hansı addımları atacağı ilə bağlı heç bir açıqlama verməyən Peskov, “Bu, İran daxilində ekstremist əhval-ruhiyyənin yaranmasına səbəb olacaq və (Xameneyini öldürmək) haqqında danışanlar bunu nəzərə almalıdırlar. Pandoranın qutusunu açacaqlar”, – deyib.

Peskov vəziyyətin son dərəcə gərgin və təkcə region üçün deyil, qlobal miqyasda təhlükəli olduğuna diqqət çəkib və münaqişənin genişlənməsinin potensial olaraq daha təhlükəli olacağı barədə xəbərdarlıq edib: “Biz kifayət qədər tolerantıq və hər kəsin bizə qarşı tolerant olmasını gözləyirik”.

Peskov, iki ölkə arasında yaranmış vəziyyətə digər ölkələrin də qarışma ehtimalının bölgədə növbəti münaqişə silsiləsi yaradacağını və bunun da gərginliyin artmasına səbəb olacağını bildirib.

Peskov bildirib ki, ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinin bu münaqişənin sona çatması üçün vasitəçilik təkliflərini rədd edən “Öz münaqişənizdə vasitəçilik edin” sözlərində təhqirlər yoxdur.

Trampın özünəməxsus üslubu və dili olduğunu deyən Peskov, “Biz kifayət qədər tolerantıq və hər kəsin bizə qarşı tolerant olmasını gözləyirik”, – deyib.

Peskov ABŞ-ın Rusiya-Ukrayna müharibəsini sona çatdırmaq üçün vasitəçilik səylərinə də toxunaraq, “Bizim indi strateji üstünlüyümüz var. Onu niyə itirək ki? Onu itirməyəcəyik. İrəliləyirik və irəliləməyə də davam edəcəyik”, – dedi.

Kiyevin xarici hərbi dəstək almasını dayandıracağı təqdirdə Rusiyanın atəşkəsi öhdəsinə götürəcəyi ilə bağlı bəyanatı ilə bağlı suala Peskov, “Atəşkəs atəşkəsdir və birinci siz dayanın”, – deyib.

Peskov, “Ancaq ABŞ “avadanlığın verilməsini dayandıracağıq”, – demir. İngiltərə də bunu demir.

 

İsrailin İrana şiddətli hücumları ilə başlayan münaqişə

 

İyunun 13-də İsrail ordusunun yüksək komandanlığı da daxil olmaqla, İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərini hədəf alan irimiqyaslı hücumlara başlayıb.

Hücumlarda İranın Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Baş Komandanı və bəzi yüksək səviyyəli komandirlər, həmçinin 9 nüvə alimi həlak olub, mülki vətəndaşların ümumi sayının isə 224 olduğu açıqlanıb.

İran ordusunun İsrailə ballistik raketlərlə cavab verməsi nəticəsində 25 nəfərin öldüyü, 500-dən çox insanın yaralandığı bildirilib.

İran Səhiyyə Nazirliyinin iyunun 15-də verdiyi açıqlamaya görə, İsrailin İrana qarşı həyata keçirdiyi hücumlarda azı 224 nəfər ölüb, 1277-dən çox adam yaralanıb.

Seçilən
7
vaxt.az

1Mənbələr