AZ

Həbib Nurməhəmmədov və İslam Mahaçev Bakıya gəliblər

Rusiyalı UFC döyüşçüsü Həbib Nurməhəmmədov və təşkilatın çempionu İslam Mahaçev Bakıya gəliblər.

Oxuməni.az xəbər verir ki, bu barədə “Minval.az” məlumat yayıb.

Onlar iyunun 21-də keçiriləcək turnirdə fəxri qonaq qismində iştirak edəcəklər.

Nurməhəmmədov və Mahaçev bu gün “Qarabağ” FK-nın bazasında olublar və orada klubun baş məşqçisi Qurban Qurbanovla görüşüblər.

H. Nurməhəmmədov yüngül çəkidə keçmiş UFC çempionudur. 2021-ci ildə karyerasını başa vuran rusiyalı döyüşçü keçirdiyi 29 döyüşün hamısında qalib gəlib.

Xatırladaq ki, turnirdə Azərbaycanı Tofiq Musayev, Rafael Fiziyev və Nazim Sadıxov təmsil edəcək.

Oxuməni.az

Seçilən
4
oxumeni.az

1Mənbələr