Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid-hərbçi, 1974-cü il təvəllüdlü Ələsgərov Fuad Cəfər oğlunun meyitinin qalıqları Tovuz rayonun Ağbaşlar kəndində dəfn edilib.
Avtosfer.az xəbər verir ki, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, şəhidin ailə üzvləri, yaxınları, rayon icra hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, qazilər, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi kənd qəbirstanlığında torpağa tapşırılıb, dualar oxunub. Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.
Qeyd edək ki Ələsgərov Fuad Cəfər oğlu I Qarabağ müharibəsində 1993- cü ildə Füzuli rayonu ərazisində itkin düşmüşdür.(unikal)