AZ

"Liverpool"dan daha bir ulduz transfer - FOTO

Premyer Liqanın nəhəngi "Liverpool" "Bournemouth" klubunda çıxış edən 20 yaşlı sol cinah müdafiəçisi Milos Kerkezin transferi üçün 47 milyon avro qarşılığında razılığa gəlib.

News24.az xəbər verir ki, may ayından bəri planlaşdırılan və ilkin hazırlıqları görülən bu transfer, gənc futbolçunun tibbi müayinədən keçməsi və uzunmüddətli müqavilə imzalaması ilə rəsmi şəkildə tamamlanacaq.

Tərəflər arasında aparılan danışıqlar nəticəsində 47 milyon avroluq transfer haqqı ilə razılıq əldə olunub.

Qeyd edək ki, Milos Kerkez yaxın günlərdə tibbi müayinədən keçəcək və daha sonra rəsmi müqaviləyə imza atacaq.


Günel Məlikzadə


Seçilən
6
1
news24.az

2Mənbələr