AZ

Saxlanılan icra başçısı bu məmurun QOHUMUDUR

Xəbər verdiyimiz kimi, bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev saxlanılıb.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, 15 ildir icra başçısı işləyən Musa Şəkiliyev Meliorasiya və Su Təsərrüfatı ASC-nin sabiq sədri Əhməd Əhmədzadənin xalası oğludur.

Xatırladaq ki, Əhməd Əhmədzadənin qardaşı Mübariz Əhmədzadə Zaqatala rayon İcra Hakimiyyətinin başçısıdır.

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
7
bizim.media

1Mənbələr