AZ

Vüqar Nadirov növbəti mövsümə harada başlayacaq? - AÇIQLAMA

"Şəmkir"dən xoş xatirələrlə, halallıqla ayrıldım".

Bunu Fanat.Az-a açıqlamasında dünən bölgə komandasının baş məşqçi postunu tərk edən Vüqar Nadirov deyib.

Azərbaycan millisinin sabiq hücumçusu əlavə edib: "Orada işləmək mənim üçün böyük təcrübə oldu. Birinci Liqaya vəsiqə uğrunda pley-off oynamaq şansımız son turlara qədər davam etdi. Ümid edirəm ki, "Şəmkir"i nə vaxtsa elitada görəcəyik. Rəhbərliklə, azarkeşlərlə münasibətlərim əladır. Bir-birimizdən hər hansı narazılığımız ola bilməz". 

O, məşqçi karyerasını harada davam etdirəcəyinə hələ aydınlıq gəlmədiyini vurğulayıb: "Şəmkir"dən hardansa daha sərfəli təklif aldığım üçün ayrılmamışam. Bu gün üçün gələcəkdə hansı komandada işləyəcəyim dəqiq bilinmir. Bəzi variantlar var. Təkliflərə açığam".

Nihat

Seçilən
6
1
fanat.az

2Mənbələr