AZ

İsmayıllıda bir ailənin evi kül oldu – 3 uşaqlı ata ağır durumda

İsmayıllı rayonunun Mollaisaqlı kəndində ağır yanğın hadisəsi baş verib.

Musavat.com xəbər verir ki, iyunun 19-da kənd sakini, 3 övlad atası Nofəl Mürsəl oğlu Mürsəlova məxsus fərdi yaşayış evi tamamilə yanıb.

İlkin ehtimala görə, yanğın çöldən gələn elektrik naqilində yaranmış qısaqapanma səbəbindən baş verib. Hadisə zamanı evin sahibi Bakıda olub.

Bildirilir ki, onun 2 övladı yüksək nəticələrlə universitetdə təhsil alır, üçüncü övladı isə məktəblidir. Ailə başçısı məhz övladlarının təhsili ilə bağlı paytaxta getdiyi üçün evdə olmayıb.

Yanğın nəticəsində ev tamamilə yanıb, ailənin bütün əmlakı, mal-mülkü məhv olub. İtkinin dəyəri və zərərin qarşılanması ilə bağlı rəsmi qurumların hər hansı kompensasiya verib-verməyəcəyi barədə məlumat yoxdur.

Hazırda ailə çətin vəziyyətdə qalıb və yardım gözləyir.

Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com

Seçilən
9
1
musavat.com

2Mənbələr