AZ

Gəncə-Daşkəsən regionu üzrə bu vəzifələr üçün VAKANSİYA

Loqoped, korreksiyaedici təlimçi vəzifələri üzrə vakansiya seçiminə start verilib.

Bu barədə AzEdu.az-a Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Gəncə şəhəri və Göygöl rayonu üzrə ümumi təhsil müəssisələrində loqoped və korreksiyaedici təlimçi vəzifələri üzrə vakansiya seçiminə start verilir.

Son müraciət tarixi: 26 iyun saat 18:00-dır. Yalnız loqoped və korreksiyaedici təlimçi ixtisası üzrə ali təhsil almış şəxslər müraciət edə bilərlər.Qeydiyyatdan keçmiş namizədlərin sənədləri yoxlanıldıqdan sonra uyğun hesab edilən şəxslərlə müsahibə mərhələsi keçiriləcək.

Qeyd edək ki, müsahibə zamanı namizədlərin bilik və bacarıqları qiymətləndiriləcək.

Qeydiyyat üçün link: [//docs.google.com/.../1JbUh9IEuS681EmrUWLli4BC.../edit]

Seçilən
4
azedu.az

1Mənbələr