AZ

Dilarə Əliyevanın beyninə qan sızan qardaşı təcili əməliyyata götürüldü

Xəbər verdiyimiz kimi, dünən tanınmış aktyor Vüsal Murtuzəliyevin beyninə qan sızıb. O, Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.


Manset.az-ın əldə etdiyi məlumata görə, Vüsal Murtuzəliyev bu gün Respublika Diaqnostika Mərkəzinə aparılıb. Orada o, MRT və Kompüter Tomoqrafiyası (KT) müayinələrindən keçib. Müayinə zamanı aktyorun beyin damarlarında tutulma aşkar edilib. Bu səbəbdən həkimlər onun təcili əməliyyat olunmasına qərar veriblər. Vüsal Murtuzəliyev yaxın saatlarda əməliyyat olunacaq.

Qeyd edək ki, Vüsal Murtuzəliyev əməkdar artist Dilarə Əliyevanın qardaşıdır.

Seçilən
11
1
manset.az

2Mənbələr