AZ

Deyildi - Daha bir neçə transfer xəbəri alacağıq

Premyer Liqada uğurlu mövsüm keçirən "Araz-Naxçıvan" Konfrans Liqasına da iddialı hazırlaşır.

Tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanan "ağ-qaralar" transfer bazarının ən fəallarındandır.

Son günlər Bar Cohen, Çance Simakala Ba-Muaka və Bruno Frankonu sıralarına qatan Muxtar Respublika təmsilçisi qarşıdakı gnlərdə daha bir neçə yeni oyunçu ilə güclənməyi planlaşdırır.

Bu barədə saytımıza baş məşqçi Elmar Baxşıyev bildirib:

"3-4 mövqe var ki, onları da düşünürük. Çünki komandanı hələ tam komplektləşdirməmişik.

Axtarışlarımız davam edir. Bəzi mövqelərdəki boşluqları doldurmaq məcburiyyətindəyik.

Bura hücum, yarımmüdafiə və müdafə xətləri daxildir.

Komandadan yenə gedənlər olacaq? Açığı, bu, transferlərdən asılıdır.

Hansı futbolçu ilə anlaşmamız alınmasa, yəqin ki, gedəcək. Heyətimiz o qədər geniş deyil ki, kimisə yollayaq.

Ona görə də kiminləsə yolları ayırmağı deyil, daha çox yeni oyunçular götürməyi düşünürük. Bu istiqamətdə işlər gedir".

SPORTİNFO.AZ

Seçilən
5
sportinfo.az

1Mənbələr