“İnter”in 37 yaşlı italyan mərkəz müdafiəçisi Françesko Açerbi ABŞ-da PSJ azarkeşi ilə xoşagəlməz münaqişə yaşayıb.
Arena.az məlumat verir ki, “neradzurri” ilə 2025-ci il FIFA Klub Dünya Kubokunda iştirak edən Açerbi PSJ azarkeşinin davaranışından hiddətlənib.
Azarkeşlərlə görüş zamanı, tərəfdarlardan biri Açerbinin ünvanına “Açerbi – Barkola” deyə qışqırıb. Bununla da azarkeş PSJ-nin fransalı hücumçusu Bradli Barkolanın, Çempionlar Liqasının “İnter”lə final oyununda (5:0) Açerbini driblinqlə keçdiyinə eyham vurub.
Françesko Açerbi ayaq saxlayaraq həmin azarkeşə sərt səslənib:
“Bura bax! Mən ciddi adamam, məni ələ salıb güləndə isə bunu sevmirəm. Əgər sən mənə “Açerbi – Barkola”, deyə səslənirsənsə, xeyr, olmaz, bu, düzgün deyil. Mən başdan xarabam, sənin isə tutub dalını dağıdaram”, deyə Barkola təmkinini pozmadan vurğulayıb.
Əlavə edək ki, bizim yumşaltdığımız, Açerbinin ədəbdən uzaq ifadə ilə əslində nə dediyini anlamağı isə oxucularımızın fantasziyasına həvalə edirik.