ain.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Papa XIV Leo dünya ictimaiyyətinə müraciətində süni intellektin gənclərin intellektual, nevroloji və mənəvi inkişafına mənfi təsir göstərə biləcəyini deyib.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Roma Papası Vatikanda baş tutan süni intellekt və etika konfransına Müqəddəs Taxt-Tacın yeni texnologiyalara və onların bəşəriyyət üçün nə demək olduğuna dair narahatlığını ifadə edən müraciət göndərib.
Pontifik bildirib ki, bəşəriyyət heç vaxt informasiyaya bu qədər sürətli çıxış əldə etmədiyi üçün yeni nəsil böyük risk altındadır: “Həqiqi müdriklik məlumatların mövcudluğu ilə deyil, həyatın əsl mənasını dərk etməklə daha çox bağlıdır”.
Qeyd edək ki, bundan əvvəlki Papa Fransisk də ömrünün sonuna yaxın süni intellektin bəşəriyyət üçün yaratdığı təhlükələr haqqında getdikcə daha çox çıxış edib səslənib və onu tənzimləmək üçün beynəlxalq müqavilənin imzalanmasına çağırıb.
Müğənni Lara: "İrandayam, vəziyyət çox kritikdir"
Boris Akunin barəsində cinayət işi məhkəməyə göndərildi
O niyə ölümündən bir ay sonra dəfn edilmişdi? - Həyat yoldaşıyla qızı arasında qalan dahi azərbaycanlı
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.