Sədərək rayonu ərazisində qəza olub, 2 nəfər xəsarət alıb.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, qəza Şərur-Sədərək magistral yolunda baş verib. "Mercedes" markalı avtomobillə "VAZ 2107" markalı avtomobili toqquşub.
Qəzada 2 nəfər xəsarət alıb, onlar Şərur rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.