Müəllif: Tamara Mustafayeva, Banco.az
Süni intellekt texnologiyalarının qabaqcıllarından biri olan Cefri Hinton səhiyyə işçilərinin yaxın gələcəkdə iş yerlərini süni intellektə görə itirməyəcəklərini düşünür.
Banco.azxəbər verir ki, "Süni intellektin xaç atası" kimi tanınan Cefri Hinton süni intellektin əksər rutin intellektual işləri avtomatlaşdıracağını və cəmiyyətin buna hazır olmaya biləcəyi barədə xəbərdarlıq edib.
16 iyun tarixində yayımlanan "Diary of a CEO" podkastında çıxış edən məşhur alim bildirib ki, süni intellekt alətləri nəhayət hər sahədə insanlardan daha yaxşı olacaq və kütləvi iş itkisi "insanların xoşbəxtliyi üçün ən böyük təhdidə" çevrilə bilər.
Digər tərəfdən, Hinton qeyd edir ki, fiziki bacarıq tələb edən peşələr avtomatlaşdırmaya qarşı daha uzun müddət müqavimət göstərə biləcək. O xüsusilə vurğulayıb ki, səhiyyə sektorunda çalışanlar yaxın gələcəkdə işlərini süni intellektə görə itirməyəcəklər.
“SƏHİYYƏ SEKTORU DƏYİŞİMƏ ADAPDASİYA OLA BİLƏCƏK”
Sinir şəbəkələri üzərindəki təsirli araşdırmaları ilə tanınan Hinton uzun müddət çalışdığı "Google" şirkətindən ayrıldıqdan sonra texnologiyanın riskləri barədə daha açıq və yüksək səslə danışmağa başlayıb.
Müsahibələrində süni intellektin etik tərəflərinə və avtomatlaşmanın risklərinə tez-tez toxunan alim son açıqlamasında bildirib:
“Səhiyyə sektoru kimi bəzi sahələr dəyişikliklərə uyğunlaşa biləcək. Ancaq iş dünyasının əksər sahələri səhiyyə sektoru qədər dayanıqlı deyil.”
Bizi sosial şəbəkələrdən izləyin!!