AZ

Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Tbilisi, 20 iyun, AZƏRTAC

Gürcüstanın nüfuzlu “Sakartvelo Respublika” qəzetində azərbaycanlı alim, tibb elmləri doktoru professor Fatma Hacıyevanın elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, müəllif Nəriman Əliyev əslən Borçalıdan olan tibb elmləri doktoru professor Fatma Rasim qızı Hacıyevanın İtaliyada keçirilən "Genitaly-2025” adlı mamalıq-ginekologiyaya həsr edilmiş beynəlxalq elmi-praktik konfransdakı iştirakı və çıxışı barədə yazıb.

Bildirilib ki, dünyanın bir çox ölkələrindən tanınmış mama-ginekoloqların, yaxın ixtisaslara sahib həkimlərin və tədqiqatçıların iştirak etdiyi həmin tədbirdə Fatma Hacıyeva Azərbaycanda bu sahədə görülən işlər, əldə olunan uğurlar barədə ətraflı məlumat verib. Alim bildirib ki, qadın məsələləri təkcə tibdə deyil, mədəniyyət, incəsənət xadimlərimizin yaradıcılığında da əksini tapıb. O, hazırda üzərində çalışdığı "Aşıq Ələsgər yaradıcılığında qadın obrazının tibbi-bədii interpretasiyası” adlı tədqiqat işi barədə də danışıb. Milli-mənəvi dəyərimiz olan Aşıq Ələsgər irsinin təkcə poeziyada deyil, elmin bütün sahələrində izini qoyduğu bildirilib, milli yaddaşımızın daşıyıcısı kimi qiymətləndirilib.

Məqalədə tədbirdə iştirak edən həkim mama-ginekoloqların ixtisas üzrə yeni aspektdə aparılan tədqiqat işinin əsas məqamları ilə tanış olduğu da qeyd edilib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
azertag.az

1Mənbələr