AZ

50 yaşlı gimnast gümüş qazanıb

Özbəkistanlı gimnast Oksana Çusovitina 50 yaşında medan qazanıb.

İdman.biz xəbər verir ki, o, Daşkənddə keçirilən FIG turnirində fəxri kürsüdə yer alıb.

Dünən 50 yaşını qeyd edən Oksana 13,275 xal toplayıb. O, 13,450 bal toplayan bolqarıstanlı Valentina Georgiyevadan azacıq geri qalıb. Üçüncü pillədə də Özbəkistan gimnastı yer alıb. Şahinabanu Yusufova 12,950 balla bürüncə sahib çıxıb.

Qeyd edək ki, Çusovitina SSRİ, Almaniya və Özbəkistan yığmalarının şərəfini qoruyub. O, 8 Olimpiya Oyunlarında iştirak edən ilk idmançıdır. Oksana 3 dəfə dünya çempionu olub, bir dəfə Avropa çempionatının qalibi adını qazanıb.

İdman.biz

Seçilən
2
1
idman.biz

2Mənbələr