Londonun "Çelsi" klubu ukraynalı vinger Mixailo Mudriki dopinq qalmaqalına görə məhkəməyə verə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə idman hüquqşünası Den Çapman "The New York Times" nəşrinə danışıb.
Britaniyalının fikrincə, bu, futbol tarixində kifayət qədər nadir hal olacaq, lakin klubun belə hüququ var:
"80 milyona futbolçu alıblar və o, müqavilənin şərtlərini pozub və indi heç bir dəyəri yoxdur".
Qeyd edək ki, 2004-cü ildə "Çelsi"nin futbolçusu Adrian Mutu kokaindən istifadə etdiyinə görə 7 aylıq diskvalifikasiya olunmuşdu. Londonlular buna görə həmin vaxt rumıniyalıdan 17 milyon avro təzminat tələb ediblər.
Xatırladaq ki, Mudrikin müsbət “A” nümunəsindən sonra onun “B” testi də sınaqdan keçirilib və onda qadağan olunmuş maddə olan meldonium qəbulu təsdiqlənib.
Mirağa