Tribuna portalından alınan məlumata görə, ain.az xəbər verir.
Rejissor Devid Linçin əşyaları 4,5 milyon dollardan baha qiymətə Julien’s Auctions hərrac evi tərəfindən keçirilən satışda satılıb. Satış Turner Classic Movies ilə birgə təşkil edilib.
Tribunainfo.az xəbər verir ki, bu barədə Rolling Stone nəşri məlumat verib.
Hərracda satışa çıxarılan əşyalar arasında Linçin rejissor kreslosu (70 min dollar), 1977-ci ildə çəkilmiş “Silgi başı” (“Eraserhead”) filminin 35 mm-lik lentləri (40 min dollar), “Mulholland Drive” filminin şəxsi ssenari nüsxəsi (98 min dollar), evində istifadə etdiyi espresso aparat (35 min dollar) və digər əşyalar olub.
Rolling Stone yazır ki, hərracın əsas lotlarından biri Linçin tamamlanmamış filmi – “Ronni Raket və ya Mövcudluğun Qəribə Qüvvələrinin Absurd Sirri” lentinin ssenari dəsti olub. Rejissor bu layihəyə hələ 1970-ci illərdə başlayıb. O, dəfələrlə bu “elektrik və qırmızısaçlı, üç fut boyu olan oğlan” haqqındakı filmin ssenarisini yenidən işləyib, lakin onun maliyyələşdirilməsi üçün vəsait tapa bilməyib.
2024-cü ildə Linç siqaret çəkmə nəticəsində ağciyər emfizemasına tutulduğunu açıqlamışdı. Səhhətindəki problemlərə görə son illərdə demək olar ki, film çəkməmişdi. 16 yanvar 2025-ci ildə 78 yaşında vəfat edib. ABŞ Ssenaristlər Gildiyası (WGA) fevral ayında Linçi ssenari sənətində görkəmli nailiyyətlərinə görə ölümündən sonra xüsusi mükafatla təltif edib.
İmran Kərimli
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.