AZ

Qrossi: Fordo nüvə obyektində zərər qeydə alınmayıb

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Fordodakı nüvə obyektinə hər hansı zərər dəydiyinə dair məlumata malik deyil.

NOCOMMENT.az xəbər verir ki, bu barədə MAQATE-nin baş direktoru Rafael Qrossi İsraillə İran arasında eskalasiya ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib. 

“Fordo uranın 60%-dək zənginləşdirildiyi əsas İran obyektidir. Hazırda agentliyin həmin obyektə hər hansı ziyan dəyməsi barədə məlumatı yoxdur”, – deyə Qrossi bildirib.

Seçilən
8
nocomment.az

1Mənbələr