Bakı. Trend:
Avropa İttifaqında mobil cihazlara dair ekodizayn qaydalarıqüvvəyə minib.
Trend xəbər verir ki, yeni tələblər mobil cihazların daha uzunmüddət istifadə olunmasını və təmirinin asanlaşdırılmasını nəzərdətutur.
Belə ki, smartfon və planşet istehsalçıları artıq satışdaolmayan modellər üçün ən azı yeddi il ərzində batareya, kamera vəenerji doldurma vasitəsi kimi əsas ehtiyat hissələrini təqdimetməlidir. Ehtiyat hissələr sifariş edildikdən sonra 5-10 iş günüərzində çatdırılmalıdır. Bundan əlavə, istehsalçılar cihazınsatışdan çıxarılmasından sonra ən azı beş il ərzində təhlükəsizlikvə əməliyyat sistemi yeniləmələrini təmin etməlidirlər.
Yeni qaydalara əsasən, cihazlar yalnız rəsmi emalatxanalardadeyil, həm də müstəqil ustalar və istifadəçilər tərəfindən də adialətlərlə təmir edilə biləcək.
Qaydalar çərçivəsində yeni enerji etiketi də tətbiq olunacaq.Etiketdə cihazların enerji səmərəliliyi A-dan G-yə, təmir ediləbilmə səviyyəsi isə A-dan E-yə qədər dərəcələndiriləcək. Etiketdəbatareyanın tam dolu vəziyyətdə neçə saat işlədiyini və hansı dövrəqədər ilkin tutumunun 80 faizini saxladığı da göstəriləcək. Eynizamanda, cihazın zərbəyə davamlılığı barədə məlumat da təqdimediləcək.
Etiketlərin mağazalarda və onlayn satış platformalarındaməhsulun yanında aydın görünəcək şəkildə yerləşdirilməsiməcburidir. Noutbuklar üçün bənzər etiket sisteminin 2028-ci ildəntətbiqi planlaşdırılır.
Bəzi ehtiyat hissələrin qiymətlərinin tənzimlənməməsi kimi açıqqalan məsələlərə baxmayaraq, qaydalar ətraf mühitin qorunmasıistiqamətində mühüm addım hesab olunur. Belə ki, yeni qaydalarıntullantıların azalmasına və resurslardan səmərəli istifadəyə töhfəverəcəyi gözlənilir.