AZ

“Telegram”a yeni funksiya gəldi


iOS üçün “Telegram 11.13”ün beta versiyasında tapşırıq siyahıları yaratmağa imkan verən yeni funksiya peyda olub.
Yeniavaz.com
xəbər verir ki, yenilik “Telegram Beta Info” kanalı tərəfindən aşkar edilib.
Tapşırıq siyahısı şəxsi söhbətlərdə və qrup mesajlarında yaradıla bilər. Hər siyahıya 30-a qədər maddə daxil ola bilər. Qrupda yerləşdirərkən, siyahının müəllifi digər iştirakçılara yeni tapşırıqlar əlavə etməyə, həmçinin elementləri tamamlanmış kimi qeyd etməyə icazə verə bilər. Bu halda onu tamamlayan istifadəçinin avatarı tamamlanmış tapşırığın yanında göstəriləcək.
Funksiya sınaq mərhələsindədir və son versiya buraxılana qədər dəyişdirilə bilər.
“Android” üçün Teleqramın beta versiyasında tapşırıq siyahılarının nə vaxt görünəcəyi məlum deyil. 
Seçilən
3
yeniavaz.com

1Mənbələr