AZ

Qrossi xəbərdarlıq etdi- İraqdakı səhvi İranda təkrar etməyin....


ABŞ və İsrail Tehranı nüvə silahı hazırlamaqda ittiham edərək İrana qarşı ritorikanı gücləndiriblər. Ekspertlərin fikrincə, yaranmış vəziyyət2003-cü ili xatırladır, o zaman da İraqda kimyəvi silah olmasına sübut olmamasına baxmayaraq işğal üçün bundan bəhanə kimi istifadə etdilər. İndi də ABŞ kəşfiyyatı İranın nüvə bombası yaratmağa yaxın olduğunu iddia edir, baxmayaraq ki, Beynəlxalq Atom Enerjisi Agentliyi İranda silah proqramına dair heç bir dəlil tapmayıb. Bununla belə, artan gərginlik ABŞ və İsrailin hərbi əməliyyatlara haqq qazandırmaq üçün sübut olunmamış iddialardan istifadə edə bilmələri yönündə, narahatlıqları artırıb.

Münaqişə İsrailin iyunun 13-də İrana məxsus obyektlərə zərbələr endirməsindən sonra daha da kəskinləşib. MAQATE hücuma məruz qalan ərazilərdə radiasiya səviyyəsinin normal qaldığını təsdiqləyir ki, bu da orada silah dərəcəli materialların olmasını istisna edir. İraqla paralellər isə həyəcan vericidir. 2003-cü ildə ABŞ və müttəfiqləri Səddam Hüseyni kimyəvi silah hazırlamaqda ittiham etdilər, lakin işğaldan sonra heç bir dəlil tapılmadı ki, bu da Amerika kəşfiyyatına inamı sarsıdıb. MAQATE –nin baş direktoru Rafael Qrossi BBC-yə müsahibəsində vurğulayıb ki, İran 60%-ə qədər zənginləşdirilmiş uran ehtiyatı toplayıb, lakin onun hərbi proqrama keçid xəttinə dair heç bir sübut yoxdur. Qrossi İraq təhlükəsini qiymətləndirməkdə buraxılan səhvləri xatırladaraq, tələsik nəticələr çıxarmamaq haqda xəbərdarlıq edib.

Surxay Əliyev

Seçilən
6
baki-xeber.com

1Mənbələr