AZ

"Klon" serialının ulduzu vəfat etdi

San-Pauluda braziliyalı serial aktyoru Fransisku Kuoku vəfat edib.

Bu barədə "G1" nəşri məlumat verib.
Serial ulduzu iyunun 19-da 91 yaşında dünyasını dəyişib. Ölümündən əvvəl o, xəstəxanaya yerləşdirilib. Aktyorun ölümünün səbəbi açıqlanmayıb.
Braziliyanın vitse-prezidenti Jeraldo Alkmin Kuokunu ölkəsinin ən böyük sənətçilərindən biri adlandırıb.
60 ildən çox davam edən karyerası ərzində Kuoku teatrda oynayıb, filmlərdə rol alıb. O, xüsusilə "Klon", "A Próxima Vítima", "Tropicaliente" seriallarında oynayıb.
Seçilən
13
2
yenilik.az

3Mənbələr