AZ

Oğurluq üçün girdiyi oteldə yemək bişirib yedi, qaçmazdan əvvəl qabları da yudu

ain.az bildirir, Baku.ws saytına əsaslanaraq.

Hindistanda gecə saatlarında otelə oğurluğa girən şəxs mətbəxdə özünə şam yeməyi hazırlayıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki,  hadisəni cinayət aləmində "Porota" ləqəbi ilə tanınan 48 yaşlı Şivakumar Aniş törədib.

O, Keral ştatının Palqhat şəhərində yerləşən Moon City otelinə cəmi 25 santimetr enində olan dar bir dəlikdən keçərək daxil olub. Kassadan 25 min rupi (Təqribən 500 AZN) oğurlamazdan əvvəl oğru ac olduğunu düşünüb və yemək bişirməyə qərar verib. O, qızardılmış mal ətini qızdırıb, təzə omlet bişirib və bir neçə porota (Hindistan lavaşı) yeyib.

Oğrunu şəhərin başqa bir rayonunda yeni bir oğurluq cəhdində yaxalamaq mümkün olub. Məlum olub ki, Porota hüquq-mühafizə orqanlarına çoxdan tanışdır - o, ölkə boyunca oxşar cinayətlər törədib, əsasən otellərdən, mağazalardan və avtomobillərdən az məbləğdə pullar oğurlamağa üstünlük verir. Hətta saxlanılarkən belə ac olduğunu deyib - polislərdən ət ilə porota istəyib və onu böyük həzzlə yeyib.

Otelin sahibi Geo Tomas hadisəyə yumorla yanaşıb və bildirib ki, "cinayətkar heç olmasa arxasında qab-qacağı yuyub". Polis Anişin törətdiyi bir sıra oğurluq hadisələri ilə bağlı istintaqı davam etdirir.

Məlum olub ki, onun daimi yaşayış yeri yoxdur və müxtəlif şəhərlərdə cinayətlər törədib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
1
baku.ws

2Mənbələr