AZ

Putindən ŞOK BƏYANAT: “Bütün Ukrayna bizimdir!”

Rusiya prezidenti Vladimir Putin Rusiya ordusunun hara qədər irəliləyə biləcəyi ilə bağlı suala cavab verərkən növbəti dəfə Ukrayna ilə bağlı iddialı açıqlamalar verib.

Musavat.com xəbər verir ki, bu barədə o, Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında bildirib.

“Mən artıq demişəm: ruslar və ukraynalılar bir xalqdır. Bu mənada bütün Ukrayna bizimdir”, – deyə Putin bildirib.

O qeyd edib ki, Rusiya heç vaxt Ukraynanın suverenliyini şübhə altına almayıb.

Rusiya prezidentinin digər bəyanatlarını təqdim edirik:

▪️ Ukraynanın müstəqilliyi və suverenliyi onun neytral və bloklara qoşulmayan ölkə olmasını nəzərdə tutan bəyannaməyə əsaslanır.

▪️ Ukraynada baş verənlər bizim fəaliyyətimizin nəticəsi deyil, dünyada gedən qlobal dəyişikliklərlə barışmaq istəməyənlərin işidir.

▪️ NATO-nun şərqə doğru beş genişlənmə dalğası olub, halbuki biz daim bunun əleyhinə idik.

▪️ Biz səkkiz il ərzində “DXR” və “LXR”in müstəqilliyini tanımadıq, razılaşma yolları axtardıq.

Putin 2022-ci ildə İstanbul danışıqlarından sonra Zelenski ilə görüşməyə hazır olduğunu bildirib. O vurğulayıb ki, Kiyev Qərb sponsorlarının vəsaitlərinin yarısını, hətta çoxunu da oğurlayır.

"Rus əsgərinin ayağı basdığı ​​yer bizimdir", - deyə Putin bildirib.

 Putinin digər mühüm açıqlamaları:

▪️ Bizim Sumı vilayətini ələ keçirmək kimi məqsədimiz yoxdur, amma bu varianta da qapalı deyilik.

▪️ Kiyev özü Kursk vilayətinə hücum etməklə problemi yaradıb, indi təmas xətti daha da genişlənib.

▪️ Ukrayna Kursk vilayətində 76 min hərbçisini itirib.

▪️ Rusiya Ukrayna ilə sərhəddə təhlükəsizlik zonaları yaratmağa məcbur olub, bu isə onsuz da natamam olan Ukrayna ordusunun diqqətini yayındırır.

▪️ Sumı vilayətində yaradılan təhlükəsizlik zonasının dərinliyi 10-12 kilometrdir.

▪️ Yaxın Şərqdəki vəziyyətə gəlincə – Rusiya həm İsraillə, həm də İranla təmasdadır, bu məsələdə müəyyən təkliflərimiz var.

▪️ İran və İsrail üçün məqbul qərarlar tapmaq mümkündür.

▪️ Bir ölkənin təhlükəsizliyi digər ölkələrin hesabına təmin olunmamalıdır.

Musavat.com

Seçilən
17
7
musavat.com

10Mənbələr