Çempionlar Liqasına hazırlaşan "Qarabağ" ikinci transferini açıqlayıb.
Fanat.Az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Pedro Bikalyo ilə müqavilə imzalanıb.
Braziliyalı yarımmüdafiəçi Portuqaliyanın “Alverka” klubundan "Qarabağ"a keçib. 24 yaşlı braziliyalı futbolçu arasında 3+1 illik müqavilə imzalanıb. Pedro “Qarabağ”da 35 nömrəli forma ilə çıxış edəcək.
Peşəkar karyerasına 2020-ci ildə “Kruzeyro”da başlayan Bikalyo bir il sonra “Palmeyras”a keçib. O, bu klubla 2021-ci ildə Libertadores kubokunun qalibi adını qazanıb.
Qeyd edək ki, yarımmüdafiəçi icarə əsasında Braziliyanın “Vitoriya”, Portuqaliyanın “Santa Klara” və “Alverka” klublarında çıxış edib.