AZ

İstanbul erməni patriarxı Paşinyanla görüşmədi...


Konstantinopol Erməni Patriarxlığının ruhaniləri İstanbulda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşməkdən imtina ediblər. Belə ki, Konstantinopol Patriarxının özü və arxiyepiskop Sahak Maşalyanla nəzərdə tutulan görüş baş tutmayıb. Baş nazir erməni icmasının nümayəndələri ilə görüşdən sonra Patriarxlıqla bilavasitə üzbəüz yerləşən Müqəddəs Dirilmə kilsəsinə yollanıb. Ancaq Patriarxlığın qapıları onun üzünə bağlanıb və görüş baş tutmayıb. Baş nazirin mətbuat xidmətinin yaydığı və bir din xadiminin Paşinyanı hərarətlə salamladığı videoya gəlincə - bu, Erməni Katolik Kilsəsinin keşişi Vardan Ata olub.

Surxay Əliyev

Seçilən
7
baki-xeber.com

1Mənbələr