AZ

Pedro Bikalyo “Qarabağ”da - Rəsmi

Portuqaliyanın “Alverka” klubunun mərkəz yarımmüdafiəçisi Pedro Bikalyo bundan sonra “Qarabağ”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, Azərbaycan çempionu yeni mövsüm üçün ikinci transferini reallaşdırıb. “Alverka” klubu ilə aparılan danışıqlar uğurla nəticələnib və yarımmüdafiəçi Bikalyo heyətə cəlb olunub. Ağdam klubu ilə 24 yaşlı braziliyalı futbolçu arasında 3+1 illik müqavilə imzalanıb. Braziliyalı futbolçu “Qarabağ”da 35 nömrəli forma ilə çıxış edəcək.

Peşəkar karyerasına 2020-ci ildə “Kruzeyro”da başlamış Pedro bir il sonra “Palmeyras”a keçib. O, bu klubla 2021-ci ildə Libertadores kubokunun qalibi adını qazanıb. Yarımmüdafiəçi icarə əsasında Braziliyanın “Vitoriya”, Portuqaliyanın “Santa Klara” və “Alverka” klublarında çıxış edib.

Pedro Bikalyo “Alverka”da 54 oyuna 2 qol və 3 məhsuldar ötürmə müəllifi olub. O, “Palmeyras” və “Santa Klara”da 9, “Kruzeyro”da 6 (1 qol) və “Vitoriya”da 5 oyun keçirib.

Xatırladaq ki, “Qarabağ” daha öncə sol cinah müdafiəçisi Dani Boltu da transfer etmişdi.

Seçilən
10
31
arena.az

10Mənbələr