Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Qarşı zolağa çıxaraq digər hərəkət iştirakçılarına təhlükə yaradan və ona xəbərdarlıq edən sürücülərə söyüşlə cavab verən şəxs saxlanılıb. Avtosfer.az xəbər verir ki, Türkiyənin Nevşehir bölgəsində baş verən hadisənin görüntüləri sosial şəbəkədə yayımlanıb. Yavuz Sultan Səlim küçəsində qarşı zolaqla hərəkət edən 50-AAF-434 dövlət nömrə nişanlı avtomobilin sürücüsü E. A. nəqliyyat vasitəsindən enərək ona xəbərdarlıq edən digər hərəkət iştirakçılarına söyüşlə cavab verib. Ardınca da əks istiqamətlə yoluna davam edib.
Görüntüləri izləyən polis əməkdaşları avtomobili və sürücünü yaxalamaq üçün işə başlayıb. Görülən tədbirlər nəticəsində nömrəsi və sürücüsü müəyyən edilən şəxs qısa zamanda saxlanılıb.
Polis əməkdaşları qayda pozan sürücü barəsində protokol tərtib ediblər. O, 30.923 TL (1326 manat) cərimələnib.
Sözügedən hadisənin videosunu təqdim edirik:
Namiq Musayev
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.