AZ

Xameneinin müşavirinin ölüm xəbəri təkzib olundu

İranın Ali Rəhbərinin siyasi məsələlər üzrə müşaviri, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, Silahlı Qüvvələrin elit bölmələri) generalı, İsrailin İrana endirdiyi zərbələr zamanı ağır yaralanan Əli Şamxani sağdır və vəziyyəti stabildir.

"Unikal" xəbər verir ki, bundan əvvəl mətbuatda Şamxaninin iyunun 14-nə keçən gecə İsrailin Tehrana hücumu zamanı aldığı xəsarətlər nəticəsində öldüyü barədə məlumat yayılıb.

"Tibb heyətinin daimi səyi nəticəsində cənab Şamxaninin vəziyyəti nəzarətə götürülüb. Dünəndən onun vəziyyəti nisbətən stabil qiymətləndirilir. Təbii ki, partlayış nəticəsində, əsasən, daxili orqanlardan aldığı ağır xəsarətləri nəzərə alsaq, onun vəziyyətinə yekun qiymət vermək hələlik mümkün olmasa da, son bir neçə gündə müalicə prosesində müəyyən irəliləyiş var", - məlumatda deyilir.

Seçilən
5
2
unikal.az

4Mənbələr